18 yanvar 2020-ci il tarixində Bakı Biznes Universitetində "Azərbaycan Universitetlərində keyfiyyat təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi"adlı Erasmus + layihəsi çərçivəsində tələbələrlə görüş keçirilmişdir. 16 yanvar tarixində BBU-da layihənin tərəfdaş universitetlərinin rektorları və prorektorlarının iştirakı ilə baş tutan konfransın davamı olaraq bugün "Tələbəyönümlü tədris, təlim və qiymətləndirmə" mövzusunda tələbələrə Keyfiyyət Təminatı Mərkəzinin direktoru Cavidan Heydarov tərəfindən növbəti təlim keçirilmişdir. Təlimdə tələblərin təhsildə "tələbəmərkəzli yanaşma" barəsində məlumatlılığının artırılması, onların tədris prosesində dafa fəal olmaları, əsas maraqlı tərəflərdən biri kimi keçirilən sorğu və rəy bildirmədə aktiv iştirak etmələri və onların tədrisdə tətbiq ediləcək yeniliklər barəsində məlumatlandırılması diqqət mərkəzində olmuşdur.
Təlim müddətində tələbələr mövzu barəsində öz fikirlərini səsləndirmiş və onlar tərəfindən ünvanlanmış suallar Mərkəzin direktoru tərəfindən cavablandırılmışdır.