18 fevral 2020-ci il tarixində Bakı Biznes Universiteti və "Easymark" şirkətinin təşkilatçılığı ilə "Marketingguide in BBU" layihəsi həyata keçirilmişdir.
Layihə çərçivəsində ABAD, Easymark şirkəti, Stimul Education, Azərsun, Dünyagöz və digər nüfuzlu şirkətlərin sərgisi keçirilmişdir. Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi marketinqin son trendlərinin müzakirəsi, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiqi, markalaşmada və xarici bazarlara addımlarda əsas məqamlara diqqət yönəltmək olmuşdur.
Tədbirin sonunda fəal tələbələr sertifikat və digər həvəsləndirici hədiyyələrlə mükafatlandırılmışdır. “Dünyagöz” klinikası tərəfindən tələbələrə ödənişsiz müayinə və əməliyyat endirim kuponları və digər şirkətlərin hədiyyələri təqdim edilmişdir.