Bakı Biznes Universitetinə qəbul olan bütün tələbələri təbrik edirik.
Bizi seçən Abituriyentlər və Subbakalavrlar, Bakı Biznes Universiteti ailəsinə xoş gəldiniz, Bakı Biznes Universitetini seçdiyiniz üçün təşəkkür edirik.
Qəbul olunanlar sentyabrın 7-dən 20-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər və ya subbakalavrlar onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Qeydiyyat həm onlayn həm də ənənəvi formada aparılacaqdır. Onlayn qeydiyyatla bağlı çətinlik çəkənlər tələb olunan sənədləri toplayaraq universitetimizdə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər:
Qeyd: Part-time təhsil almaq istəyən subbakalavrlar iş yerindən arayış təqdim etməlidirlər.
Suallarınız yaranarsa, aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur.
+994 55 816 90 88 (whatsapp)
+994 12 431 02 40 (daxili 226)