Tələbələrin nəzərinə!
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan ödənişli əsaslarla əyani təhsil alan tələbələrin 2020/2021-ci tədris ilinin birinci (payız) semestr üçün təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu başlamışdır.
-
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr dedikdə:
1. ünvanlı dövlət sosial yardımı alanlar;
2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
2.2. işsiz kimi qeydiyyatda olanlar;
2.3. yaşa görə əmək pensiyaçıları;
2.4. yaşa görə sosial müavinət alanlar
başa düşülür.
-
2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://www.e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin (məzunlar istisna olmaqla) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcəkdir.
-
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://www.e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər.