Bakı Biznes Universiteti bütün tərkibi ilə daim Ali Baş Komandanın yanında olmağı özünə müqəddəs borc bilmişdir. Müharibənin ilk günlərindən Universitet cəbhədə iştirak edən tələbə, məzun və əməkdaşlarına təhsil haqqına güzəşt, yaralananlara, müharibə iştirakçılarına və şəhid ailələrinə maddi yardım və mənəvi dəstək olmağı qərara almış və bu istiqamətdə də müvafiq işlər görülmüşdür.
Əsgərov Fərid Zaur oğluna 2020-ci ilin yanvarında ərizəsinə əsasən könüllü hərbi xidmətə getdiyi üçün təhsildən möhlət hüququ verilmişdir. Hərbi xidməti bitirdikdən sonra qeyd edilən bütün güzəştlər ona da şamil ediləcəkdir.
Bir daha qeyd edirik ki, bu gün birliyimizə xələl gətirən, cəmiyyətdə çaxnaşma yaradan, həqiqəti əks etdirməyən məlumatları yaymağa ehtiyac yoxdur. Bundan yalnız düşmənlərimiz faydalana bilər.