Tələbələrin nəzərinə!
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan ödənişli əsaslarla əyani təhsil alan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu 19 may 2021-ci il tarixindən 07 iyun 2021-ci il tarixinədək aktiv olacaqdır.
-
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr dedikdə:
1. ünvanlı dövlət sosial yardımı alanlar;
2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
2.2. işsiz kimi qeydiyyatda olanlar;
2.3. yaşa görə əmək pensiyaçıları;
2.4. yaşa görə sosial müavinət alanlar
başa düşülür.
-
2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://www.e- telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir.
-
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://www.e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.