Bakı Biznes Universiteti 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən 2021-ci il üçün aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçməlidirlər.

Portal vasitəsilə qeydiyyat cari ilin 1 iyul tarixindən saat 09:00-dan mümkün olacaqdır. Sənəd qəbulu 15 iyul 2021-ci il tarixə qədər davam edəcəkdir.

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktorluğu proqramı üzrə

Doktoranturaya qəbul planı

 

Cəmi

O cümlədən:

Büdcə hesabına

Ödənişli əsaslarla

əyani

qiyabi

əyani

qiyabi

5303.01

Mühasibat uçotu

3

 

 

2

1

5308.01

Ümumi iqtisadiyyat

3

 

 

2

1

5312.01

Sahə iqtisadiyyatı

3

 

 

2

1

 

Cəmi:

9

 

 

6

3


Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanda iştirakı 1,2,3 sentyabr 2021-ci il, ixtisas imtahanının keçirilməsi 9-10 sentyabr 2021-ci il tarixlərində nəzərdə tutulmuşdur.

Əlavə suallar üçün Bakı Biznes Universitetinə müraciət edə bilərsiniz.

Əlaqə tel.: (+99412) 431 91 18 (dax. 112/123)

Ünvan: AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a

R E K T O R L U Q