Bakı Biznes Universitetinin idman zalında “şiddət və zorakılığa qarşı özünümüdafiə üzrə seminar” keçirilib
10.12.2021-ci il tarixində Bakı Biznes Universitetinin idman zalında “şiddət və zorakılığa qarşı özünümüdafiə üzrə seminar” keçirilib.
Seminar, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Respublikanın Əməkdar Məşqçisi Asif Sayadovun rəhbərliyi ilə keçirilən bu seminarda Bakı Biznes Universitetinin 100-ə yaxın xanım tələbələrinə psixoloji, nəzəri və praktiki bilgilər öyrədilib. “Vinq Çun” qəfil hücumlara qarşı və ekstremal vəziyyətlərdə necə müdafiə olunmağı öyrədir.