2021-ci il 24 dekabr tarixində Bakı Biznes Universitetinin akt zalında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2022-ci ilin gəlişi münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru, professor İbad Abbasov açmış, professor-müəllim heyəti və tələbə kontingentini qarşıdan gələn bayramlar münasibətilə təbrik etmişdir. Daha sonra o, Universitetin elm, təhsil, yaradıcılıq və beynəlxalq əlaqələr sahələrində əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırmış, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Tədbirin bədii hissəsində Universitetin bədii özfəaliyyət ansamblının, rəqs kollektivinin və ŞHK komandasının iştirakı ilə maraqlı bayram konserti olmuşdur.