“20 yanvar” faciəsinin 32-ci ildönümü

Yanvarın 20-də ənənəvi olaraq Bakı Biznes Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbələri Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksi qarşısında Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal Rayon Təşkilatı və rayon ictimaiyyəti ilə birlikdə təşkil olunmuş anım mərasimində iştirak etmişlər və abidə önünə əklil və gül dəstələri qoyulmuşdur.

Həmin tarixdə Bakı Biznes Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə Universitetimizin idman zalında “20 Yanvar Faciəsi”nə həsr olunmuş Vinq Çun – Özünümüdafiə növü üzrə açıq Bakı turniri keçirilmişdir. Bu mötəbər turnirə bir çox orta və ali məktəblərin və həmçinin paytaxtdan 11 idman klubu qatılmışdır.