Cari ilin 26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaqdır. Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə gənclər arasında müsabiqələrin təşkil olunması nəzərdə tutulub. Tədbirin sərgi hissəsində isə tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEAM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
“Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə STEAM Azərbaycan layihəsi tərəfindən təşkil olunur. İştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyən Baku Skills müsabiqəsi iki hissədən ibarətədir – məktəblilər üçün “A” kateqoriyası və tələbələr üçün “B” kateqoriyası.
Baku Skills yarışmasının tələbələr üçün olan kateqoriyasının baş tutması üçün minimum komanda sayı müəyyən olunmuşdur. Sizlərdən xahiş olunur ki, sözügedən müsabiqədə təmsil etdiyiniz universitetin tələbələrinin aktiv şəkildə cəlb olunmasına köməklik göstərəsiniz. Həmçinin, festival zamanı keçiriləcək sərgidə tələbələriniz tərəfindən hazırlanan prototiplərin və STEM layihələrinin nümayişini təmin etməyiniz xahiş olunur.
Aktiv təşviqat kampaniyası aparmaq üçün xahiş olunur ki, təmsil etdiyiniz universitetin sosial media səhifələrində və digər kommunikasiya kanallarında müsbabiqənin təbliğ olunmasını təmin edəsiniz.
Yarışma əsasən İKT, mühəndislik, biznes, innovasiyalar, STEAM, startaplarla maraqlanan tələbələr üçün nəzərdə tutulub. Yarışmaya qeydiyyat üçün son tarix 17 fevral 2022-ci ildir.
Müsabiqə haqqında ətraflı məlumat: https://teknofest.az/az TƏLİMAT KİTABÇASI