18 mart 2022-ci il tarixində Bakı Biznes Universitetində “Novruz Bayramı” tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor İbad Abbasov kollektivi və tələbələri Novruzun gəlişi və munasibətilə ürəkdən təbrik etmiş və Universitetinin keçdiyi yola böyük qürur və sayğı ilə nəzər salmışdır. Daha sonra fakültələr arasında keçirilən xonça müsabiqəsinin qaliblərinə diplomlar təqdim edildi. Tədbir Universitet bədii-yaradıcılıq kollektivlərinin iştirakı ilə hazırlanan bayram konserti ilə davam etmişdir.