31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir

Mart ayının 31-də Bakı Biznes Universitetinin konfrans zalında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə bir dəqiqəlik sükutla soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir. Daha sonra prof. S.A.Əmirxanov 31 mart soyqırımı hadisələrindən bəhs etmiş, soyqırımla bağlı tarixi faktları elmi xronologiya ilə vermişdir. Tədbirin sonunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Həmin tarixdə Bakı Biznes Universitetinin Tədbirlər Planına əsasən tələbələrimiz Soyqırım Memorial Kompleksində yerləşən kütləvi məzarlığın olduğu “Xatirə abidəsi”nin və Soyqırım muzeyini ziyarət etmişlər.