Bakı Biznes Universiteti boş olan vəzifəni tutmaq üçün müsabiqə elan edir

Bakı Biznes Universiteti boş olan vəzifəni tutmaq üçün

müsabiqə elan edir:

“Dillər” kafedrası üzrə:

  • Müəllim (ingilis dili)

İşə qəbul üçün minimum tələblər:

  1. Magistr və daha yuxarı elmi dərəcənin olması
  2. 1-3 ilə qədər elmi-pedaqoji fəaliyyətə malik olması
  3. 7.0 və daha yuxarı İELTS və ya ona bərabər tutulan sertifikat dərəcəsinin olması

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Bakı Biznes Universitetinin rektorunun adına ərizə
  2. Kadrların şəxsi uçot vərəqəsi
  3. Tərcümeyi-hal
  4. Əmək kitabçasından çıxarış
  5. Ali təhsil, elmi dərəcə, elmi ad haqqında diplomun surəti
  6. Elmi və elmi-metodiki işlərin siyahısı

Sənədlərin qəbulu müddəti elan dərc olunduğu gündən 2022-ci il mayın 15-nə qədərdir. Müsabiqədə iştirak etmək üçün sənədlər aşağıdakı ünvana təqdim olunmalıdır:

 

Bakı şəhəri, H. Zərdabi küçəsi, 88a, Ümumi şöbə

Bakı Biznes Univeristeti

Tel: (+99412) 4319118

Elektron poçt: [email protected]

 

 

REKTORLUQ