19 aprel 2022-ci il tarixində Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrası “İşğaldan azad edilmiş ərazilərdə sosial işin təşkilində keyfiyyət istiqamətləri” mövzusunda Respublika elmi-praktiki konfrans keçirib. Konfransda rektor prof. İbad Abbasov, kafedranın müdiri dos. Əzim Piriyev, qonaqlar və kafedranın müəllim-professor heyəti iştirak edib. Prof. İbad Abbasov giriş sözündə işğaldan azad edilmiş ərazilərdə sosial işin təşkili haqqında, keyfiyyət istiqamətləri haqqında danışmışdır.
Konfransda Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov “II Qarabağ-Vətən müharibəsinə ictimai-siyasi və mənəvi dəstək”, şöbənin aparıcı elmi işçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “İşğaldan zad edilmiş ərazilərdə mədəniyyət abidələrinin bərpası”, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev “Qarabağda işğal dövründə mədəniyyət abidələrinin vəziyyəti”, tarix üzrə fəlsəfə doktoru Gülnaz Mahmudova “Ali təhsilin informatlaşdırılmasının bəzi məsələləri” mövzularında məruzələri dinlənilmişdir. Məruzələr maraqla qarşılamışdır və konfrans uğurla yekunlaşmışdır.