“Riyaziyyat elminin və riyazi fənlərin tədrisinin bəzi aktual məsələləri” mövzusunda Respublika elmi-praktiki konfransı

26 may 2022-ci il tarixində Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu  ildönümünə həsr olunmuş “Riyaziyyat elminin və riyazi fənlərin tədrisinin bəzi aktual məsələləri” mövzusunda Respublika elmi-praktiki  konfransı olmuşdur.

Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru prof. İ.M.Abbasov açmışdır. Konfransda 6 elm və təhsil müəssisələrindən 9 professor, elmlər doktoru, 2 dosent, elmlər namizədi, 9 doktorant və magistrant məruzələrlə çıxış etmişlər.