15 sentyabr 2022-ci il tarixində Bakı Biznes Universitetində “Bilik günü” tədbiri keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azad edilməsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək tələbələri və valideynləri salamlamış, torpaqlarımızın bütövlüyü naminə canlarını fəda edən, böyük şücaət göstərən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etmiş və haqq mübarizəsində qalib olduğumuzu qeyd etmişdir. Rektor daha sonra Universitetin uğurlu fəaliyyətləri, tədris prosesinin keyfiyyəti, peşəkar professor-müəllim heyəti, beynəlxalq əlaqələr və tələblər üçün yaradılmış bir sıra imkanlar haqqında qısa məlumat vermişdir. Rektor tələbə adını qazananları səmimi qəlbdən təbrik edərək onlara təhsil həyatlarında yeni-yeni müvəffəqiyyətlər arzulamış və öz faydalı nəsihətlərini vermişdir.