Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə Bakı Biznes Universitetində yaradılan “Abituriyent Məsləhət Mərkəzi”nin əməkdaşlarına 2022/2023-cü tədris ili üçün tələbə qəbulu kampaniyasında peşəkar fəaliyyətinə görə təşəkkür məktubu ünvanlamışdır.
Məktubda qeyd olunur ki, Abituriyent Məsləhət Mərkəzi”nin əməkdaşları kampaniya boyunca abituriyentlərə tələbə qəbulu qaydaları, ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərmişlər. Əməkdaşların peşəkarlığı və işə münasibəti, hətta bəzi həftəsonu günlərində belə məsləhət mərkəzinin davamlı fəaliyyətinin təmin edilməsi qəbul kampaniyasının mütəşəkkil təşkilində və abituriyentlərə lazımi dəstəyin göstərilməsində mühüm rol oynamışdır. Bütün bunlara görə Məleykə xanım Abbaszadə tərəfindən Bakı Biznes Universitinin rəhbərliyinə və məsləhət mərkəzinin hər bir əməkdaşına dərin minnətdarlıq bildirilmişdir.