Şəhid məzunun xatirəsi yad edilib

25 oktyabr 2022-ci il tarixində Bakı Biznes Universitetinin məzunu Vətən müharibəsinin şəhid giziri Xosrovzadə İlkin Azay oğlunun məzarı şəhadətinin il dönümündə universitetin professor-müəllim və tələbə heyəti tərəfindən ziyarət edilib. Şəhidin əziz xatirəsinə əklil qoyulub və məzarına tər gül dəstələri düzülüb. Daha sonra Universitetin rektoru i.e.d., prof. İ.M.Abbasov və digər universitet nümayındələri Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidimizin ruhuna dualar oxuyub, yaxınlarına başsağlığı diləklərini çatdırdılar və dəstəklərini ifadə etdilər.

Xosrovzadə İlkin İlkin Azay oğlu Azərbaycan torpaqlarının azadlığı naminə müharibənin ilk günlərindən ön cəbhədə gedən qızğın döyüşlərdə qəhrəmancasına iştirak edib. O, Zəngilan rayonu uğurunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb.