Bakı Biznes Universitetində “İş axtarma, iş yeri yarat” mövzusunda seminar
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Bakı Biznes Universitetində “İş axtarma, iş yeri yarat” mövzusunda seminarı keçirilmişdir. Seminarın təlimçiləri ASK-nın vitse prezidenti, Müller İnteryer MMC-nin direktoru Vüqar Zeynalov, ASK-nın prezidentinin katibi Şəbnəm Nuriyeva və “Tuna Qablaşdırma” MMC-nin sədri Rəşid Çulaqov olmuşdur.
Seminarda Bakı Biznes Universitetinin prorektorları, ixtisas kafedra müdirləri, həmçinin “Menecment”, “Marketinq”, “Biznesin idarə edilməsi”, “Maliyyə”, “Mühasibat uçotu”, “İqtisadiyyat” ixtisaslarından olan 80-ə qədər tələbə iştirak etmişdir.