Bu il universitetimiz Spinaker proqramı çərçivəsində Polşanın Krakov İqtisadiyyat Universiteti ilə birgə ortaq layihə hazırlayıb Polşa Milli Akademik Mübadilə Agentliyinə təqdim etmişdir. Layihə Polşa Milli Akademik Mübadilə Agentliyi tərəfindən qəbul edilmiş və layihənin həyata keçirilməsi üçün qrant ayrılmışdır.
“İncəsənət və Biznes” adlanan proqram tələbələrin öz yaradıcılıqlarını bizneslə birləşdirməyə imkan verən sertifikat proqramıdır. Tələbələr 3 ay müddətində onlayn dərslərə qoşulacaq daha sonra Polşada bir həftəlik təlimlərdə iştirak edib Beynəlxalq Sertifikat əldə edəcəklər.
Ən azı B1 ingilis dili bilikləri olan istənilən ixtisasın tələbələri layihədə iştirak edə bilər. Bütün xərclər layihə tərəfindən qarşılanır.
Layihədə iştirak etmək istəyən tələbələr universitetimizin “Beynəlxalq Əlaqələr Şöbəsi”nə (509 №-li otaq) müraciət etməlidir.