Bakı Biznes Universiteti müsabiqə elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Bakı Biznes Universiteti

Aşağıda qeyd olunan vakant vəzifəni  tutmaq üçün müsabiqə elan edir:

“Dillər” kafedrasının müdiri – 1 yer

Müsabiqədə iştirak etmək istəyən namizədlərin sənədləri bu elan dərc olunan gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BBU-nun “İnsan resursları” şöbəsində (Ümumi şöbə) qəbul edilir.

Namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

  • ərizə;
  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • tərcümeyi-hal;
  • ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri;
  • elmi və elmi-metodiki işlərin siyahısı;
  • kafedranın inkişafı ilə bağlı 3-5 səhifədən ibarət platforma.

 

Müsabiqə aşağıdakı şərtlər əsasında aparılır:

1. Kafedrada kadr hazırlığı aparılan ixtisasa (Tərcümə (ingilis dili)) uyğun namizədlər müraciət edə bilərlər.

2. Namizədlərin elmi dərəcə və elmi adları (elmlər doktoru və ya elmlər namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi və professor, dosent elmi adı) olmalıdır.

3. Namizədlər IELTS (minimum score 7+) və  yaxud TOEFL (score 94+) dərəcəsinə malik olmalıdırlar.

 

Bakı şəhəri, H. Zərdabi küçəsi, 88a, Ümumi şöbə

Bakı Biznes Univeristeti

Tel: (+99412) 431 91 18

Elektron poçt: [email protected]

 

REKTORLUQ