Bakı Biznes Universiteti – “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə 03 aprel 2023-cü il tarixində 02 aprel “Ümumdünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Autizm haqqında maarifləndirmə” adlı tədbir keçirilmişdir. Tədbirdə “Humanitar elmlər” kafedrasının müdiri i.ü.f.d. Aysel Qasımova qonaqları və iştirakçıları salamlayaraq tədbiri açıq elan etmişdir. “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova İctimai Birliyin fəaliyyəti haqqında məlumat verməklə yanaşı, həm də Autizm sindromlu övladın valideyni qismində çıxış etmişdir. Daha sonra “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində Autizm Mərkəzinin Təhsil koordinatoru Nərmin Rəhimli “Autizm spektr pozuntusu nədir?”, “ Autizmli şəxslərlə necə davranmalı?” kimi günümüzdə maraq doğuran ən aktual məsələlərə toxunmuşdur. Bununla yanaşı, İctimai Birliyin fəaliyyətini əks etdirən video-çarx təqdim olundu və tədbir sual-cavab sessiyası ilə yekunlaşdırıldı. Sonda “Ümumünya Autizm Məlumatlandırma Günü”nə özəl olaraq “Mavi işıqlandırma” aksiyası keçirilmiş, Universitetin həyətində tədbir iştirakçıları tərəfindən səmaya simvolik olaraq mavi şarlar buraxılmışdır.