Bakı Biznes Universitetində “Mənəvi dəyərlərimiz” mövzusunda mənəvi-psixoloji əhəmiyyətli tədbir

Bakı Biznes Universitetində 21 noyabr 2014-cü il tarixində “Mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirildi. “İqtisadiyyat və hüquq”, “Biznes və Menecment” fakültəsinin fəal tələbələrinin arzusu nəzərə alınmaqla keçirilən bu tədbirdə psixologiya üzrə fəlsəfə doktoru İlhamə Həmid qızı Sultanova mövzuya həsr edilmiş ətraflı təqdimat keçirdi. Tədbiri tələbələr və müəllimlər yüksək qiymətləndirərək alimə öz təşəkkürlərini bildirdilər.