04 noyabr 2015-ci il tarixində Bakı Biznes Universitetində “Azərbaycan xalqının milli xüsusiyyətləri: qonağa, valideynə, övlada qayğı və diqqət” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə prorektor S.A.Əmirxanov açaraq iştirakçıları salamlamış, tədbirin aktuallığını qeyd etmiş və bu gün üçün vacib əhəmiyyətindən danışmışdır. Kulturologiya elmləri doktoru İ.H.Hüseynov mövzu ilə bağlı “İqtisadiyyat və hüquq” və “Biznes və Menecment” fakültələri qarşısında ətraflı təqdimat etdi. Tədbirin sonunda müəllimlər və tələbələr alim-tədqiqatçı İ.H.Hüseynova təşəkkürlərini bildirdilər.