Bakı Biznes Universitetində “Gənclərdə davranış mədəniyyəti” mövzusunda tədbir keçirildi

Bakı Biznes Universitetində 18 aprel 2017-ci il tarixində “Gənclərdə davranış mədəniyyəti” mövzusunda mənəvi-psixoloji əhəmiyyətə malik tədbir keçirildi. Tədbirdə “İqtisadiyyat və hüquq” və “Biznes və Menecment” fakültələri tələbələri iştirak etdilər. Tədbirdə kulturologiya elmləri doktoru İlqar Hüseynov mövzuya həsr edilmiş təqdimat etdi. Tədbirin sonunda tələbələrin suallarına İ.H.Hüseynov tərəfindən ətraflı cavab verildi.