“İstənilən yaşda uğur qazanmaq öz əlimizdədir” mövzusunda tədbir keçirildi

Bakı Biznes Universitetində 27 aprel 2018-ci il tarixində “İstənilən yaşda uğur qazanmaq öz əlimizdədir” mövzusunda tədbir keçirilmişdir. Mənəvi-psixoloji, tərbiyəvi əhəmiyyətə malik bu tədbirdə psixologiya üzrə fəlsəfə doktoru İlhamə Sultanova mövzuya həsr edilmiş geniş və rəngarəng təqdimatla çıxış etdi. Təqdimat müəllimlər və tələbələr tərəfindən yüksək qiymətləndirildi. Tədbirin sonunda tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırıldı. Sonra prorektor S.A.Əmirxanov psixoloq-alim İlhamə Sultanovaya Universitet adından dərin təşəkkürünü bildirdi.