Bakı Biznes Universitetində 15 aprel 2015-ci il tarixində “Bilik güc, güc isə bilikdir” mövzusunda tədbir keçirildi. “Araz”, “Abituriyent”, “Bilik” və “Hədəf” hazırlıq kurslarının dinləyicilərinin də dəvət olunduğu bu tədbiri təlim-tərbiyə işləri üzrə prorektor dos. S.A.Əmirxanov açaraq bildirdi ki, gələcəyimiz gənclərin biliyə, elmi dünyagörüşə malik olmalarından çox asılıdır. Buna görə də belə tədbirlərə daha çox önəm verilməlidir. Daha sonra Sabir Əmirxanov “Bilik güc, güc isə bilikdir” mövzusunda təqdimat keçirdi. Tədbirdə S.Əmirxanova verilən suallara cavablar verildi. Sonra tədbir iştirakçısı olan hazırlıq kurslarının nümayəndələrinə Bakı Biznes Universiteti tərəfindən hazırlanmış bukletlər, qələmlər, dəftərçələr təqdim edildi.