Bakı Biznes Universitetində “Elmli olan güclü olar” mövzusunda tədbir keçirildi

Bakı Biznes Universitetində 15.03.2017-ci il tarixində “Elmli olan güclü olar” mövzusunda bilik yarışması keçirildi. Bilik yarışmasında “Araz”, “Bilik” hazırlıq kurslarından və Abşeron rayonu 2 və 9 №-li tam orta məktəblərin şagirdləri Bakı Biznes Universiteti tələbələri ilə birlikdə iştirak etdilər. Qaliblərə Universitet tərəfindən Universitetin yubiley kitabları, qələm, dəftərçələr təqdim edildi. Tədbirdə Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivinin ifasında rəqslər və mahnılar ifa olundu.