Bakı Biznes Universitetində “Novruz gəlir, yaz gəlir” mövzusunda bədii yaradıcılıq müsabiqəsi keçirildi

16 mart 2018-ci il tarixində Bakı Biznes Universitetində “Novruz gəlir, yaz gəlir” mövzusunda keçirilən bədii-yaradıcılıq müsabiqəsinin yekun mərhələsi keçirildi. Yaradıcılıq müsabiqəsində “Abituriyent”, “Hədəf” hazırlıq kursları və Yasamal rayonu orta məktəblərinin şagirdləri də iştirak etmişlər. Müsabiqədə qaliblər mükafatlandırılmış, keçəllə kosanın məzəli zarafatları ilə rəqslər ifa edilmişdir. Bakı Biznes Universitetinin Şən və Hazırcavablar Klubu komandası da tədbirdə çıxış etdi.