28 fevral 2017-ci il tarixində Bakı Biznes Universitetində “Azərbaycan təhsil sistemində Bakı Biznes Universitetinin yeri” mövzusunda tanıtım təşkil edildi. Tədbiri açan prorektor dos. Sabir Əmirxanov ölkə təhsil sistemində Bakı Biznes Universitetinin mühüm əhəmiyyəti və əldə olunan uğurlardan nümunələr gətirdi. O, həmçinin məzunların əksəriyyətinin işlə təmin olunduqlarını xüsusilə vurğuladı. Sonda tələbələr və Yasamal rayonunun bir qrup məktəblisi maraqlı tanıtım üçün dos. S.Əmirxanova təşəkkürlərini bildirdilər.