Bakı Biznes Universitetinin bu günü və sabahı

26 fevral 2018-ci il tarixində BBU-da “Bakı Biznes Universitetinin bu günü və sabahı” mövzusunda tanıtım keçirildi. Tədbirdə Universitetin professor-müəllim heyəti və tələbələri ilə bərabər Abşeron və Yasamal rayonunun bir qrup məktəblisi də iştirak etdi. Tədbirdə prorektor dos. S.Əmirxanov Universitetdə mövcud keyfiyyətli tədris və təlim-tərbiyə prosesindən maraqlı nümunələrlə çıxış etdi. O, həmçinin perspektivdə BBU-nu hədəfləri və görəcəyi işlərdən də ətraflı bəhs etdi. Tədbirdə iştirak edən tələbələr və bir qrup Yasamal rayonu məktəblisi öz təşəkkürlərini bildirdilər.