30 may 2018-ci il tarixində keçirilən “Bakı Biznes Universitetinin beynəlxalq əlaqələri” mövzusunda tədbirdə təlim-tərbiyə işləri üzrə prorektor, dos. Sabir Əmirxanov bu sahədə qazanılan uğurlardan bəhs etdi. Tanınmış Avropa ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin daha da genişlənməsi, təhsildə keyfiyyət təminatının yüksək nəticələr verməsi, tələbə, müəllim mübadiləsi sahəsindəki müvəffəqiyyətlərdən söz açdı və müvafiq nümunələr gətirdi. Tədbirin iştirakçıları sonda prorektor S.Əmirxanova öz təşəkkürlərini bildirdilər.