Bakı Biznes Universitetində milli-mənəvi dəyərlərin təbliğinə aid gecə keçirildi

10 mart 2015-ci il tarixində Bakı Biznes Universitetində milli-mənəvi dəyərlərin təbliğinə aid gecə keçirildi. Gecədə Universitetin təlim-tərbiyə işləri üzrə prorektoru dos. S.Əmirxanov çıxış etdi. O, milli-mənəvi dəyərlərimizin qədimliyi və zənginliyindən bəhs etdi. S.Əmirxanov adət-ənənələrimizin də vətənpərvərlik tərbiyəsinin formalaşmasında, həm də mədəni zənginliyimizin artmasında mühüm rolunu vurğuladı. Tədbirdə bədii-yaradıcı qabiliyyətə malik tələbələr çıxış etdilər.