Bakı Biznes Universitetində vətənpərvərlik tərbiyəsinin təbliğinə aid tədbir keçirildi

21 aprel 2016-cı il tarixində Bakı Biznes Universitetində “Aprel qəhrəmanları” mövzusunda vətənpərvərliyin təbliğinə aid tədbir keçirildi. Tədbiri giriş sözü ilə Universitetin prorektoru dos. Sabir Əmirxanov açdı. O, aprel döyüşlərində əsgərlərimizin qəhrəmanlığından nümunələr gətirdi və tezliklə işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyini dedi. Tədbirdə tələbələrin ifasında Vətənə qəhrəmanlığa aid mahnılar səsləndirildi.