“Nizami Gəncəvi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz” mövzusunda gecə

26 oktyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində “Nizami Gəncəvi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz” mövzusunda gecə keçirildi. Gecədə təlim-tərbiyə işləri üzrə prorektor dos. Sabir Əmirxanov Nizami Gəncəvi yaradıcılığından bəhs etdi, onun əsərlərindən, həmçinin “Sirlər xəzinəsi”, “İsgəndərnamə”, “Leyli və Məcnun” əsərlərindən çox maraqlı nümunələr gətirdi. Gecədə həmçinin kulturologiya elmləri doktoru İlqar Hüseynov, bədii qiraət ustası Ağalar Bayramov Nizami əsərlərindən şeirlər səsləndirdilər. Gecədə eyni zamanda tələbələrin də ifasında Nizami əsərlərindən şeirlər oxundu.