26 sentyabr 2018-ci il tarixində Bakı Biznes Universitetində “Doğma Qarabağımızı işğaldan azad edək” mövzusunda vətənpərbərlik tərbiyəsinə aid tədbir keçirildi. Tədbirdə Qarabağ uğrundakı döyüşlərdə iştirak etmiş polkovnik Surxay Kərimov əsgərlərimizin qəhrəmanlığından bəhs etdi və tarixi qəhrəmanlıq göstərən şəhidlərimizin, qazilərimizin, veteranlarımızın döyüşdəki igidliklərindən nümunələr gətirdi. O, döyüşdüyü kəndlərin, qəsəbələrin, rayonların sakinlərinin də döyüşə qoşularaq mərdliklə Vətəni qoruduqlarından bəhs etdi. Gecənin sonunda müəllimlər və tələbələr polkovnikə öz təşəkkürlərini bildirdilər.