“Zamanla üz-üzə” mövzusunda görüş

25 sentyabr 2015-ci il tarixində Bakı Biznes Universitetində kulturologiya elmləri doktoru İlqar Hüseynovun iştirakı ilə “Zamanla üz-üzə” mövzusunda görüş keçirildi. Görüşdə İlqar Hüseynov xalqımızın qədim tarixə malik zəngin milli-mənəvi dəyərlərindən, adət-ənənələrdən, tarixi günlərdən maraqlı misallar gətirdi. İlqar Hüseynov xalqımızın tarixi qəhrəmanlığından da bəhs etdi. Tələbələr tərəfindən verilən suallar İ.Hüseynov tərəfindən ətraflı cavablandırıldı. Tədbirin sonunda prorektor S.Əmirxanov İ.Hüseynova Universitetin prosessor-müəllim heyəti və çoxsaylı tələbələri adından öz təşəkkürünü bildirdi.