Bakı Biznes Universitetində bədii qiraət ustası ilə görüş keçirildi

25 may 2016-cı il tarixində Bakı Biznes Universitetində bədii qiraət ustası Ağalar Bayramovla tələbələrin görüşü keçirildi. Görüşdə bədii qiraət ustasının ifasında musiqinin müşayiətilə vətənə, milli adət-ənənələrə, qəhrəmanlıq tariximizə aid şeirlər səsləndirildi. Tədbirin sonunda universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Sabir Əmirxanov Ağalar Bayramova universitetin rektorluğu, professor-müəllim heyəti və tələbələri adından təşəkkürünü bildirdi.