Bakı Biznes Universitetində müharibə veteranları ilə görüş keçirildi

26 aprel 2017-ci il tarixində Bakı Biznes Universitetində Qarabağ müharibəsi veteranı polkovnik Surxay Kərimov və 2016-cı il aprel döyüşlərinin iştirakçısı Ceyhun Orucov ilə görüş keçirildi. Görüşdə hər iki müharibə iştirakçısı maraqlı müharibə təəssüratlarından bəhs etdilər. Sonda polkovnik S.Kərimova və kapitan C.Orucov tələbələr tərəfindən verilən sualları cavablandırdı. Tədbirdə prorektor S.Əmirxanov hər iki müharibə iştirakçısına təşəkkürünü bildirdi.