Bakı Biznes Universitetində növbəti elmi debat

20 sentyabr 2016-cı il tarixində Bakı Biznes Universitetində elmi debat klubunun təşkilatçılığı ilə bilik yarışması təşkil edildi. Universitetin Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilən həmin bilik yarışmasında klub üzvləri maraqlı suallar ətrafında biri-birini sınamışdır. Yarışmada müşahidəçi qismində iştirak edən tələbə-fəallar gələcəkdə belə yarışmalarda iştirak etmək arzusunda olduqlarını bildirmişlər. Sonda qaliblər mükafatlandırılmışlar.