18 noyabr 2014-cü il tarixində Bakı Biznes Universitetində “Müasir dövrdə marketinq fəaliyyətinə verilən tələblər” mövzusunda son kurs tələbələri ilə görüş təşkil edildi. Görüşdə marketoloqlar Püstə Fərhadi, Natəvan Məmmədova və Rahim Sadıqov iştirak etdilər. R.Sadıqov, P.Fərhadi və N.Məmmədova müasir dövrdə marketinq fəaliyyətinə verilən tələblərdən bəhs etdilər. Onlar həmçinin marketoloqun müasir dövrün tələbatını ödəmək üçün gündən-günə təkmilləşməsinin vacibliyini qeyd etdilər. Sonda tələbələr tərəfindən verilən suallar ətraflı formada cavablandırıldı.