03 mart 2015-ci il tarixində Bakı Biznes Universitetində “Marketoloq bacarıqlarına necə yiyələnməli?” mövzusunda diskussiya keçirildi. Diskussiyada dos. Rahim Sadıqov fəal tələbələr qarşısında marketoloq bacarıqlarından bəhs etdi. O, marketinqə xas xüsusiyyətləri elmi nöqteyi-nəzərdən aydınlaşdırdı. R.Sadıqov həmçinin müasir dövrdə marketoloqun qarşısında duran vəzifələrdən, həm də müvafiq tələblərdən danışdı.