“Müasir dövr və menecment fəaliyyəti” mövzusunda dəyirmi masa

27 may 2016-cı il tarixində Bakı Biznes Universitetində “Müasir dövr və menecment fəaliyyəti” mövzusunda dəyirmi masa keçirildi “Menecment” ixtisasının son kurs tələbələrinin iştirak etdiyi dəyirmi masada menecment üzrə mütəxəssis-müəllimlər Rahim Sadıqov, Püstə Fərhadi, Qafar Bağırzadə mövzu ilə bağlı maraqlı çıxışlar etdilər. Tədbirdə tələbə-menecmentlərin sualları ətraflı və aydın şəkildə cavablandırıldı. Tədbirin sonunda tələbə-menecmentlər öz təşəkkürlərini bildirdilər.