Bakı Biznes Universitetində biznesmen fəaliyyətinə həsr edilmiş diskussiya keçirildi

04 aprel 2017-ci il tarixində Bakı Biznes Universitetində “Biznesmen fəaliyyətinin mühüm istiqamətləri” mövzusunda diskussiya keçirildi. Diskussiyada sahə üzrə müəllim-mütəxəssislər – Rahim Sadıqov, Püstə Fərhadi və Ceyhun Musayev tələbə-biznesmenləri maraqlandıran istiqamətlər üzrə geniş şərhlər verdilər. Tədbirin gedişatında tələbələrin sualları ətraflı cavablandırıldı. Tədbirin sonunda tələbələr öz təşəkkürlərini bildirdilər.