“Menecerin vacib vəzifələri” mövzusunda diskussiya

21 noyabr 2018-ci il tarixində Bakı Biznes Universitetində “Menecerin vacib vəzifələri” mövzusunda diskussiya keçirildi. Diskussiyada müəllim-mütəxəssislərdən Rahim Sadıqov, Püstə Fərhadi, İsmayıl Şərifli, Ceyhun Musayev iştirak etdi. İxtisas üzrə son kurs tələbələrinin iştirak etdiyi diskussiyada müasir dövrdə menecerin mühüm vəzifələrindən bəhs edildi. Tələbələrin suallarına R.Sadıqov, İ.Şərifli və C.Musayev tərəfindən ətraflı cavablar verildi. Tədbirin sonunda tələbələr təşəkkürlərini bildirdilər.