14 sentyabr 2018-ci il tarixində Bakı Biznes Universitetin Elmi Şurasının növbəti iclası keçirilib. Elmi Şuranın elmi katibi Ş.T.Musayev iclasın gündəliyini Şura iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, gündəlikdə olan əsas məsələlərdən biri də Universitetin 2019/2023-cü illər üzrə yeni 5 illik Strateji İnkişaf Planın hazırlanmasıdır. İclasda Şuranın sədri Universitetin rektoru i.e.d., prof. İ.M.Abbasov Strateji İnkişaf Planının hazırlanması məqsədilə komissiyanın yaradılmasının vacibliyi vurğuladı və komissiya üzvlərinin tərkibini müzakirəyə təqdim etdi. Təklif və müzakirələrdən sonra komissiyanın tərkibi müəyyən edildi. Belə ki, müvafiq komissiyanın tərkibi rektor, prorektorlar, dekanlar, kafedra müdiri və baş mühasibdən ibarət olmaqla qərara alınıb. Daha sonra komissiya tərəfindən Strateji İnkişaf Planının hazırlanması üzrə fəaliyyət planının tərtib edilməsi və iş bölgüsünün aparılması tapşırıq kimi qarşıya qoyulub.