Bakı Biznes Universiteti aşağıda qeyd olunan vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir

Bakı Biznes Universiteti aşağıda qeyd olunan vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir:

1. “İnformasiya texnologiyaları” kafedrasının müdiri – 1 yer.

Müsabiqədə iştirak etmək istəyən namizədlərin sənədləri bu elan dərc olunan gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Bakı Biznes Universitetinin “İnsan resursları” şöbəsində (ümumi şöbə) qəbul edilir.

Namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

– ərizə;

– kadrlar uçotunun şəxsi vərəqəsi;

– tərcümeyi-hal;

– ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri;

– elmi və elmi-metodiki işlərin siyahısı;

– kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı 3-5 səhifədən ibarət platforması.

Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:

1. Kafedra müdiri vəzifəsinə kafedrada kadr hazırlığı aparılan ixtisaslara uyğun namizədlər müraciət edə bilərlər.

2. Namizədlərin elmi dərəcə və elmi adları (elmlər doktoru və ya elmlər namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi və professor, dosent elmi adı) olmalıdır.

 

REKTORLUQ