15.03.2024-cü il tarixində Bakı Biznes Universitetində “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə “Beynəlxalq sosial iş günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir həmin kafedranın müdiri, p.e.n. prof. Sabir Əmirxanovun çıxışı ilə açıq elan edildi. Tədbirdə “Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq İşləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva, Ümumdünya Səhiyyə Təşkilatının Əlillik və reabilitasiya üzrə milli proqram rəhbəri Sara Ağayeva, Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov, Sosial Xidmətlər Agentliyinin İnsan Resurslarının idarəedilməsi departamentinin müdir müavini Ülkər Şahbazova və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin müdiri Elvin İbrahimov iştirak etdilər, onlar öz çıxışları ilə fikirlərini bildirdilər, həmçinin tələbələrin suallarına ətraflı cavablar verildi. Tədbirdə “Sosial iş” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələrinin məişət zorakılığı ilə bağlı hazırladıqları video-çarx təqdim olundu və sonda sosial iş tələbələri tərəfindən ailə münasibətləri kontekstində qurulmuş forum-teatr göstərildi.