2024-cü il aprelin 9-da Bakı Biznes Universitetində “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə “Teach for Azerbaijan” layihəsi tərəfindən Universitetdə “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrə təlim keçirilmişdir.
Keçirilən təlimin əsas istiqaməti, Azərbaycan Respublikasının ucqar rayonlarında və kəndlərində yerləşən məktəblərdə Sosial işçilərin müəllim və sosial-pedaqoq kimi fəaliyyət göstərməsinə dəstək məqsədi ilə maarifləndirmə işinin həyata keçirilməsindən ibarətdir.